Aprel-may ayından etibarən avtomobillərin qiyməti 2-5 faiz bahalaşıb.

Bu barədə “ARB 24”ün "İş vaxtı" verilişində yayımlanan süjetdə bildirilib.

Məlumata görə, qiymət artımı beynəlxalq daşıma və logistika qiymətlərinin yüksəlməsi ilə əlaqədardır.

Pandemiyadan əvvəl insanların 1000-1200 manata gətirdiyi avtomobillər artıq son bir ildə yalnız yük maşınları ilə idxal edildiyi üçün 3 000 manatdan baha başa gəldiyi qeyd edilir.

Məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, qiymət artımından sonra vətəndaşlar artıq kiçik mühərrikli və qənaətcil avtomobillərə üstünlük verirlər.