Avropa İttifaqının (Aİ) Sudandakı humanitar missiyasının rəhbəri Vim Fransen güllələnərək yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, münaqişələrin baş verdiyi Sudanda məskunlaşan Belçika vətəndaşı Fransen bazar günü paytaxt Xartumda yoxa çıxıb və çərşənbə axşamı yaralı halda tapılıb.

Fransenin zədəsinin ciddi olduğu, lakin həyatı üçün təhlükə olmadığı açıqlanıb.

Aİ rəsmiləri təhlükəsizlik səbəbi ilə Fransenin vəziyyəti barədə ətraflı məlumat verməyiblər.

Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə ordu ilə HDK arasında silahlı toqquşmalar başlayıb.