Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaq oktyabrın 7-nə təyin olunub.

Ümumi yığıncağın gündəliyinə “AzNar” QSC-nin icra orqanı barədə məsələnin müzakirəsi daxil edilib.

Qeyd edək ki, Teymur Əhmədov adına “AzNar” QSC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 149 987 312 manatdır.