Fövqəladə Hallar Nazirliyi (FHN) pikap tipli yeni avtomobillər alır.

İqtisadiyyat.az xəbər verir ki, nazirliyin Maddi-Texniki Təchizat İdarəsi bununla bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

Belə ki, istehsal ili 2024-cü il olan full komplentasiyalı 6 ədəd sadə pikap sifariş edilib ki, onlardan da 4-ü dam örtüyü ilə birlikdə təhvil veriləcək.

Sözügedən avtomobilləri FHN-ə “İdeal Motors” MMC satacaq.

Nazirlik isə bunun müqabilində 300 min manata yaxın vəsait ödəyəcək.