Naxçıvan Muxtart Respublikasında yeni tam orta məktəb tikiləcək.

İqtisadiyyat.az xəbər verir ki, muxtar respublikanın Təhsil Nazirliyi bununla bağlı hazırlıqlara başlayıb.

1000 şagird yerlik tam orta məktəbin binası Naxçıvan şəhərin Xətai məhəlləsində inşa olunacaq.

Hazırda təhsil müəssisəsinin inşası ilə bağlı topoqrafiya və geologiya işlərinin həyata keçirilməsinə başlanılıb.