“Telegram” aktivliyinə görə “WhatsApp”ı geridə qoyub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.

2023-cü ilin əvvəlinə Telegram istifadəçi aktivliyi bütün messencerlərin həcminin 60-80 faizini təşkil edib.

Mediascope-un statistikasına əsasən, 2022-ci il yanvarın əvvəli ilə müqayisədə 2023-cü il yanvarın əvvəlində Telegram istifadəçilərinin sayı gündə 25,5 milyon istifadəçidən 48,8 milyon istifadəçiyə yüksəlib.