Süni intellekt (AI) imkanlarının sürətlə genişlənməsi əsas kütləvi məşğulluq sənayesinə - Asiyada və ondan kənarda müştəri xidmətləri mərkəzlərinə (çağrı mərkəzləri) dağıdıcı zərbə vura bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistanın IT şirkəti "Tata Consultancy Services" məlumat yayıb.

Məlumata görə, süni intellekt sayəsində bu cür müştəri xidmətləri mərkəzlərinə ehtiyac minimuma enə bilər.

Bildirilib ki, hazırda elə bir vəziyyət var ki, yeni texnologiya zəngin gəlişini proqnozlaşdıra, sonra isə müştərinin problemlərini aktiv şəkildə aradan qaldıra bilər.

 

Gözəl Həşimova