"Apple" korporasiyasının ötən il üçün Rusiyadan gəliri 23,6 dəfə azalaraq 3,6 milyard rubl təşkil edib. Şirkət 2022-ci ildə 85 milyard rubl gəlir əldə edib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı şirkətin Rusiyadakı törəmə şirkəti Federal Vergi Xidmətinə bildirib.

Məlumata görə, şirkətin ötən il ölkədə xalis zərəri 1 milyard rubldan çox olub.

Gəlir "iPhone", "Mac", "iPad" və digər məhsulların satışından, eləcə də xidmətlərin göstərilməsindən əldə edilir.

 

Gözəl Həşimova