"Apple" şirkəti "Meta" korporasiyasına məxsus "WhatsApp" messencerini və "Threads" xidmətini Çində "AppStore"dan silib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "9to5Mac" portalı məlumat yayıb .

Məlumata görə, hakimiyyət Çində proqramların "AppStore"dan silinməsini tələb edib. Buna səbəb ölkənin milli təhlükəsizliyi olub.

“Biz fəaliyyət göstərdiyimiz ölkələrin qanunlarına riayət etməyə borcluyuq, hətta onlarla razılaşmasaq belə”, - deyə "Apple" Çin hakimiyyətinin qərarını şərh edib.

Şirkət nümayəndələri qeyd ediblər ki, əgər Çinin tələblərinə əməl etməsəydilər, ölkədə "AppStore" bağlana bilərdi.

 

Gözəl Həşimova