"Google"un əsas şirkəti olan "Alphabet" tarixində ilk dəfə olaraq səhmdarlarına hər səhmə görə 0,20 dollar dividend ödəyəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin rüblük hesabat konfransında məlumat verilib.

Şirkət səhmləri geri almaq üçün 70 milyard dollar xərcləməyi planlaşdırır. Bu xəbərlər fonunda səhmlərin qiyməti 11,4% artıb.

Şirkət səhmlərin geri alınmasını ötən il elan edib və yalnız dividendlərin ödənilməsi planlaşdırılır ki, bu da iyunun 10-dan etibarən "Google" səhmlərinə sahib olan bütün şəxslər tərəfindən əldə ediləcək.

 

Gözəl Həşimova