Türkiyənin "Gantek Azərbaycan LTD" şirkəti ləğv edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Kreditorlar iki ay ərzində tələblərini 1009 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 109 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, 1983-cü ildə qurulan "Gantek" rəqəmsal texnologiya və sistemlərin infrastruktur və tətbiqi-proqram təminatı məşğul olan informasiya texnologiyaları şirkətidir. Baş ofisi İstanbulda yerləşən "Gantek"in Azərbaycan, Qazaxıstan, Özbəkistan və Şimali Kiprdə yerli ofisləri var. Şirkət Azərbaycanda 2006-cı ildə dövlət qeydiyyatına alınıb.