Almaniya hökuməti sosial media platforması olan "TikTok"da hesab açdığını açıqlayıb.

İqtisadiyyat.az xəbər evrir ki, bu barədə Federal Hökumət sözçüsü tərəfindən yazılı açıqlama verilib.

Məlumata görə, qurum sosial media kanallarından gündəlik hökumət işləri ilə bağlı paylaşımlar edəcək. Hökumət siyasət haqqında daha çox öyrənən və sosial media vasitəsilə məlumat mübadiləsi aparan vətəndaşlar üçün məlumat dairəsini genişləndirmək istədiyi vurğulanıb.

Qeyd olunub ki, xüsusilə gənc istifadəçilərə müraciət etmək üçün açılan "TikTok" hesabında Kansler Olaf Şoltsun işi və hökumət siyasəti ilə bağlı məlumatlarla yanaşı şərhlər, suallar və təkliflər də yer alacaq.

 

Gözəl Həşimova