Cənubi Koreya Xarici İşlər Nazirliyi ABŞ ilə süni intellekt (AI) üzrə birgə işçi qrupu yaratdıqlarını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb. 

Nazirlikdən verilən açıqlamada bildirilib ki, Cənubi Koreya və ABŞ ilə əməkdaşlıq çərçivəsində yaradılan birgə süni intellekt işçi qrupunun ilk iclası keçirilib.

Bildirilib ki, görüşdə tərəflər süni intellekt sahəsində beynəlxalq standartların işlənib hazırlanması və birgə tədqiqatların aparılması üçün əməkdaşlıq etmək barədə qərar qəbul ediblər.

Birgə işçi qrupunun iki ölkə arasında texnologiya sahəsində əməkdaşlığı artıracağı vurğulanıb.