Amerikanın “Microsoft” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin “G42” süni intellect (AI) şirkətinə 1,5 milyard dollar sərmayə yatıracaq.

İqtisadiyyat.az “Financial Times”a istinadən xəbər verir ki, bu yatırımın əsas məqsədi süni intellekt texnologiyalarının inkişafı və kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməkdir.

Məlumata görə, “Microsoft” şirkəti “G42”də azlıq payı alacaq və şirkətin prezidenti Bred Smit “G42”nin direktorlar şurasında yer alacaq.

“Microsoft”un rəhbəri Bred Smitin sözlərinə görə, gələcəkdə şirkətlər digər ölkələrdə də məlumat mərkəzlərinin tikintisi sahəsində əməkdaşlıq etmək niyyətindədirlər. Onlar həmçinin süni intellekt alətlərinin tərtibatçıları üçün 1 milyard dollarlıq fond yaradacaqlar.

Smit qeyd edib ki, "G42"yə sərmayə qoymaq qərarı düşünülmüşdür: "Bu, bir ölkə olaraq BƏƏ-yə, şirkət olaraq “G42”yə olan inamımızı əks etdirir".