"Samsung" yenidən dünyanın aparıcı smartfon istehsalçısı olub.

Bu barədə İqtisadiyyat.az "Korea Times"a istinadən xəbər verir.

Məlumata görə, fevral ayında "Samsung"un dünya bazarındakı payı 20% təşkil edib.  Beləliklə, keçmiş lider “Apple” 18 faizlik payla ikinci pilləyə enib.

Bu müddət ərzində "Samsung" 19,69 milyon ədəd smartfon satıb. "Apple" isə 17,41 milyon cihaz satıb.

Mütəxəssislərin fikrincə, payız və qış aylarında brendlərin liderliyi mövsümi xarakter daşıyır. Belə ki, "Apple" sentyabr ayında "iPhone 15" modellərinin təqdimatı sayəsində birinci yerə yüksəlib. "Samsung Galaxy S24" smartfonlarının buraxılışından sonra isə "Samsung" lider olub.

 

Gözəl Həşimova