Qırğızıstanda "TikTok" sosial media platformasına giriş məhdudlaşdırılıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu gündən etibarən ölkədə istifadəçilər "Google", "Opera" və "Safari" kimi brauzerlər vasitəsilə sosial media platforması "TikTok" tətbiqinə daxil ola bilmirlər.

Mobil telefonlarda "Apple" və "Google Play Store" proqramlarından quraşdırılan "TikTok" versiyası isə işləməyə davam edir.

Qeyd edək ki, mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirliyi uşaqları onların əxlaqi tərbiyəsinə mənfi təsir göstərə biləcək məlumatlardan qorumaq üçün ötən ilin avqustunda ölkədə "TikTok"un qadağan edilməsi barədə qərar qəbul edib. Nazirlik qərarın icrası üçün həmin gün rəqəmsal inkişaf nazirliyinə müraciət edib.

Dünən rəqəmsal inkişaf nazirliyi internet provayderlərinə "TikTok"a girişi məhdudlaşdırmaq üçün bildiriş göndərib.

 

Gözəl Həşimova