Cənubi Koreyanın "Samsung" korporasiyası Pakistanda smartfon istehlakçılarının tələblərini ödəyə bilməyib. Hazırda ölkədə "Samsung" smartfonlarının qıtlığı yaşanır.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, "Samsung Galaxy S24" smartfonlar xətti Pakistanda son dərəcə populyar olub. Ölkə təxminən 192 milyon smartfon sahibi ilə dünyanın ən sıx beşinci ölkəsidir. Bildilib ki, Pakistan "Samsung" və digər istehsalçılar üçün ən vacib bazarlardan biridir.

Media mütəxəssisləri “Samsung” smartfonlarının yüksək tələbatını və kəskin çatışmazlığını Koreya şirkətinin Pakistanda cihazları yığması və azaldılmış vergilər ilə izah ediblər. Bu yolla yerli hökumət biznesi stimullaşdırır. Bununla əlaqədar olaraq şirkət bazara cihazları ucuz qiymətə təqdim edir.

 

Gözəl Həşimova