Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) veb-səhifəsi yeni - www.family.gov.az domeni müasir dizaynla istifadəyə verilib.

Dövlət Komitəsindən İqtisadiyyat.az-a bildirilib ki, saytın yeni versiyasında komitənin fəaliyyəti haqqında məlumatlar, eyni zamanda, maarifləndirici materialları əhatə edən bölmələr təkmilləşdirilib və bir sıra yeni bölmələr əlavə olunub.

Hazırda saytda “Layihələr”, Uşaq və Ailələrə Dəstək Mərkəzləri, Resurs Mərkəzləri, “Ailəm könüllüləri” bölmələri fəaliyyət göstərir. Bundan əlavə, veb-səhifədə Uşaq Səfirlər Məclisinin saytına, Erkən Uşaqlıqda İnkişaf və gender portallarına keçidlər də mövcuddur.

Qeyd edək ki, yenilənmiş saytda faydalı ekspert məsləhətləri olan elektron jurnal da var.

Daha bir yenilik ondan ibarətdir ki, saytın mobil versiyasında Komitənin (012) 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə birbaşa zəng etmək mümkündür.