Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelekom” MMC dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na miqrasiyasını plana nəzərən gecikmə ilə icra edib və əlaqəli uçot aparılmayıb.  

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu barədə Hesablama Palatasının "Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində fəaliyyətin nəticəliliyinin və səmərəliliyinin qiymətləndirilməsinin auditində bildirilib. 

MMC "Hökumət buludu"nun infrastrukturuna aid olmayan xərclər üçün bulud xidməti gəlirlərindən istifadə edib.

Qeyd edilib ki, yol verilən nöqsan nəticəsində layihə üzrə rentabellik göstəricilərinin hesablanmasının və gələcək investisiya qərarlarının verilməsi prosesinin optimalaşdırılmasının mümkünsüzlüyü ortaya çıxıb. Başqa sözlə, "hökumət buludu" xidmətlərinin təşkilində əhəmiyyətl təkmilləşdirmə tədbirlərinə ehtiyac yaranıb.