"Apple" şirkəti 128 giqabayt yaddaşa malik olan "iPhone 16 Pro" smartfonların istehsalını dayandıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "LeaksApplePro" məlumat yayıb.

Məlumata görə, korporasiya 2024-cü ildə 128 giqabayt yaddaşa malik "iPhone 16 Pro" smartfonların "Pro" modellərini buraxmamaq qərarına gəlib. Yeni telefonlar ən azı 256 giqabayt yaddaşa malik diskə sahib olacaq.

“Apple” daha əvvəl 256, 512 giqabayt və ya 1 terabayt yaddaş tutumuna malik “iPhone 15 Pro Max” smartfonunu təqdim edərkən oxşar addım atıb.

Bildirilib ki, "iPhone 16 Pro"nun qiyməti 999 dollar olacaq. 128 GB yaddaşa sahib olan "iPhone 15 Pro" modeli də eyni qiymətə satılır.

 

Gözəl Həşimova