Şuşa şəhərində növbəti 15 yaşayış binanın inşasına dair açıq tender elan olunub.

15 bina Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə salınacaq 23 binalı yaşayış massivində inşa olunacaq.

Tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur. İnşası nəzərdə tutulan 15 binanın 3-5 mərtəbəli olmaqla, şəhərin Baş planına uyğun və avto dayanacaqla təmin olunması nəzərdə tutulur.

Şirkətlər 9 avqust 2022-ci il tarixə kimi hüquqi sənədləri, təklifi və təklifin təminatı sənədlərini isə 18 avqust 2022-ci il tarixə kimi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.

Xatırladaq ki, 23 iyun tarixində Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunub.