Sosial media analitikləri İlon Maskın yanvarın 17-də Twitter-in bir nömrəli sosial media fenomeninə çevriləcəyini proqnozlaşdırırlar.

İlon Maskın Twitter hesabı hazırda ABŞ-ın keçmiş prezidenti Obamanın hesabından (130 milyon) sonra 120 milyon izləyici ilə ikinci yerdədir.

Social Blade sosial media analitik agentliyi Maskın Twitter-i almasından sonra onun izləyicilərinin sayının artdığını deyirlər.

Bildirilir ki, sosial media sənayesində heç vaxt belə bir vəziyyət olmayıb ki, platformanın baş direktoru da ən çox izlənən şəxs olsun.

Onun izləyicilərinin sayı hər gün təxminən 270 min nəfər artır.