"Lamborghini" tarixində ilk dəfə hibrid krossoverini təqdim edib.

Bu barədə İqtisadiyyat.az "Motor.ru"ya istinadən xəbər verir.

Məlumata görə, yeni model "Urus SE" adlanır. "Urus" təkcə dizaynı ilə deyil, həm də V8 4.0 mühərriki və transmissiyaya quraşdırılmış elektrik mühərriki ilə fərqlənir.

"Urus SE" maksimum 800 at gücünə malikdir. Onun maksimal sürət isə daha yüksəkdir: saatda 312 kilometr.

 

Gözəl Həşimova