Türkiyənin Maliyyə Nazirliyi restoran və kafelərə ƏDV-ni tələb olunan 10% və 20% əvəzinə 1% dərəcəsi ilə hesablamağa imkan verən qanunu ləğv edib.

İqtisadiyyat.az xəbər verir ki, bu qərar hökumətin rəsmi qəzeti “ Resmi Gazete”də dərc olunub.

Məlumata görə, bundan sonra kafe və restoranlar müştərilərə təklif etdikləri bütün məhsullara 10-20% vergi tətbiq etməli olacaqlar.

Qeyd edilib ki, Türkiyədə yüksək inflyasiya səbəbindən ərzaq və xidmətlərin yüksək qiymətləri ictimai iaşə sektorunu xərcləri artırmağa məcbur edir.

Son iki ildə restoran və kafelərdə yeməklərin qiymətləri xeyli artıb, bəzi ictimai iaşə obyektlərində isə qiymətlər iki dəfə və ya daha çox bahalaşıb. Bu, müştərilərin axınına əhəmiyyətli dərəcədə təsir edib.

 

Gözəl Həşimova