"Azəralüminium" MMC 3264 ton bişirilmiş anod blokların Çin Xalq Respublikasının “Qujing" şəhərindən dəmir yolu vasitəsilə Gəncə stansiyasına konteynerlərlə daşınması üzrə tenderə yekun vurub.

İqtisadiyyat.az xəbər verir ki, dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "ADY Konteyner" MMC seçilib.

"Azəralüminium" gələn ilin sonuna kimi daşıma xidmətləri üzrə "ADY Konteyner"ə 2 milyon 902 min 790.8 manat ödəyəcək.