Türkiyənin iyun ayında neft və neft məhsulları idxalı ötən ilin eyni ayına görə 9,7% azalaraq 4 milyon 357 min 677 tona çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə Qurumunun “Neft Bazarı Sektoru Hesabatı”nda deyilir.

Məlumata görə, ən çox xam neft və neft məhsulları idxalı 1 milyon 623 min 172 ton ilə Rusiyadan, 327 min 151 ton ilə İraqdan və 290 min 683 ton ilə Qazaxıstandan olub.

Bu dövrdə dizel idxalı 11,7% azalaraq 1 milyon 146 min 858 ton olub.

 

Gözəl Həşimova