Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 26,1 milyon ABŞ dolları dəyərində 423,8 min ton hazır və ya klinker formasında sement ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 1% azdır.

Əlavə edək ki, bu dövrdə sement ixracı Azərbaycanın ümumi ixracının 0,16%-ni təşkil edib.

 

Gözəl Həşimova