Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı Aydoğdu İmdata cərimə yazıb.

İqtisadiyyat.az xəbər verir ki, cərimə protokolu İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən tərtib edilib.

Belə ki, DƏMX daxil olan müraciətlər əsasında şirkətdə yoxlama aparıb.

Yoxlamalar zamanı Aydoğdu İmdatın işçiləri əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi aşkarlanıb. 

Protokol baxılması Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Abbas Rzayevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmə protokolu təsdiq edərsə, türkiyəli iş adamını 25 000 manatadək cərimələnəcək. 

Protokol tərtib olunan maddədə deyilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, Türkiyə Respublikasının vətəndaşı Aydoğdu İmdat  “Öz Aydoğdu İnşaat Nakliyecilik Turizm İthalat İhracat Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni təmsilçisidir.