Hazırda bir çox ölkələr qlobal iqlim dəyişikliklərinin fəsadlarını azaldmaq üçün səy göstərir.

Belə ölkələrdən biri də Türkiyədir.

Qardaş ölkədə ənənəvi avtomobillərdən elektromobillərə keçid üçün hazırlıqlar görülür. Hədəf olaraq 2040-cı müəyyənləşdirilib.

Prosesin reallaşmasında ən mühüm əngəl kimi isə qiymət faktoru göstərilir. Belə ki, hazırda keyfiyyətli elektromobillər benzin və dizellə çalışan analoqlarından bahadır.