Hazırda dünyada yalnız üç ölkə beynəlxalq səyahətə tam açıqdır.

Bu barədə Rusiya Tur Operatorları Birliyinin (ATOR) saytında məlumat verilib.

Bildirilir ki, söhbət Albaniya, Kosta-Rika və Dominikan Respublikasından gedir. Bu dövlətlər sərhədi keçərkən tibbi arayış və məcburi karantin tələb etmir.

ATOR-un məlumatına görə, beynəlxalq istiqamətlərin 99 faizi turizm üçün bağlıdır və ya koronavirus əleyhinə məhdudiyyətlərə riayət etmək tələbi ilə səyahətçiləri qəbul edir.

Eyni zamanda, 73 ölkə sərhədlərin qismən bağlanmasının tərəfdarıdır.