Toyota Motor, koronavirus infeksiyalarının yeni rekord yayılması səbəbindən yanvarın 21-dən 24-dək 11 yerli zavodda 21 istehsal xəttini bağlayır.

Yaponiyanın aparıcı biznes qəzeti Nikkei cümə günü bildirib ki, bu, yarımkeçiricilərin və komponentlərin qlobal çatışmazlığı ilə bağlı onsuz da kəskin problemləri daha da gücləndirib.

Mütəxəssislərinin fikrincə, istehsal xətlərinin dayandırılması Toyota Motor-un yanvarda məşhur Land Cruiser yolsuzluq avtomobilləri də daxil olmaqla, təxminən 47 000 avtomobil istehsal etməyəcəyinə səbəb ola bilər. Fabrik işçiləri arasında koronavirusun omikron ştammı ilə yoluxmaların aşkarlanması səbəbindən istehsal dayanır. Nəticədə Toyota Motor cari maliyyə ili üçün ümumi avtomobil istehsalı planlarına yenidən baxmağa məcburdur.