"Sabah”ın baş məşqçi Krunoslav Renduliç Konfrans Liqasının üçüncü mərhələsində “Sent Patriks”ə (İrlandiya) məğlubiyyəti (0:1) şərh edib.

İqtisadiyyat.az xəbər verir ki, səfərdə keçirilən matçdan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis əvvəlcə rəqibi qələbə münasibəti ilə təbrik edib. O deyib ki, irland təmsilçisi qələbə layiq olub.

“İlk 10-12 dəqiqə topa nəzarət demək olar ki, tamamilə bizim tərəfdə idi. Lakin sonra lazımsız səhvlər etdik. Vaxtında, tez qərarlar verə bilmədik. İkinci hissə başladıqdan 5-6 dəqiqə sonra azlıqda qaldıq. Bütün bunlara baxmayaraq, nəticə bizim üçün yaxşıdır. Biz sadəcə ilk 90 dəqiqəni 0:1 hesabı ilə uduzduq. Hələ heç nə həll olunmayıb” - deyə Renduliç bildirib.

Qeyd edək ki, “Sabah”la “Sent Patriks” arasında cavab matçı avqustun 15-də Bakıda keçiriləcək