Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda polşalı Mateus Baranovski ilə mübarizə aparıb.

Maqomedxan Maqomedov rəqibinə qalib gəlib.

Bununla da idmançımız yarımfinala yüksəlib.