Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda San Marino təmsilçisi Myles Nazim Amine ilə mübarizə aparıb.

Yarışa 1/8 finaldan qoşulan Osman Nurmaqomedov rəqibinə məğlub olub.

Bununla da idmançımız qızıl medal şansını itirib