Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan idmançı meksikalı Ostin Kil Qomes ilə mübarizə aparıb.

Yarışa 1/8 finaldan qoşulan Hacı Əliyev rəqibinə qalib gəlib.

Bununla da idmançımız 1/4 finala yüksəlib.