Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı monqolustanlı Bat Erdene Byambasuren ilə mübarizə aparıb.

Yarışa 1/8 finaldan qoşulan Osman Nurmaqomedov rəqibinə qalib gəlib.

Bununla da idmançımız 1/4 finala yüksəlib.