Türkiyə Super Liqası komandası "Beşiktaş"ın 18 yaşlı gənc hücumçusu Semih Kılıçsoy üçün kluba təkliflər gəlməkdə davam edir.

İqtisadiyyat.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, İngiltərənin "Fulhem" və "Aston Villa" klubları gənc hücumçunu transfer etmək üçün "qartallar"a təklif göndəriblər. 

"Fulhem"in 15 milyon avroluq, "Aston Villa"nın isə 18 milyon avroluq təklifi "Beşiktaş" rəhbərliyi tərəfindən rədd edilib.

Futbolçu özü də Türkiyədə çempionluq yaşadıqdan sonra İngiltərə Premyer Liqasına getməyi düşünür.

Qeyd edək ki, Semih Kılıçsoy "Beşiktaş" forması ilə 40 oyuna çıxıb, 12 qol vurub, 3 assist edib.