“SpaceX” və “Tesla” şirkətlərində pay sahibi olan Amerika sahibkarı İlon Mask ABŞ-ın Texas ştatında pilotsuz “Tesla” avtomobilinin iştirakı ilə qəzanın təfərrüatlarından danışıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“İndiyə qədər alınmış məlumat qeydləri göstərir ki, avtopilot qoşulmayıb və bu avtomobil üçün tam avtonom sürmə funksiyası alınmayıb", - İlon Mask deyib.

O, qeyd edib ki, elektromobil avtopilotun fəaliyyəti üçün tələb olunan xüsusi nişanın olmadığı küçədə hərəkət edib.