Elektromobil istehsalçısı “Tesla” 2022-ci ildə yeni avtomobil modelləri təqdim etməyəcək. 

Bunu “Tesla” şirkətin rəhbəri İlon Mask rüblük hesabatda verdiyi açıqlamada bildirib. 

“Bizim fabriklərimiz bir neçə rübdür ki, istehsal gücündən aşağı işləyir. Çünki tədarük zənciri əsas məhdudlaşdırıcı amildir  və bu, çox güman ki, 2022-ci ilə qədər davam edəcək” – deyə avtomobil istehsalçısı bildirib. 

 Onun sözlərinə görə, şirkətin çip çatışmazlığı keçən ildən daha yaxşı olsa da, hələ də problem olaraq qalır. Bu da istehsal prosesini əhəmiyyətli dərəcədə ləngidir. 

Bildirilib ki, şirkət yeni modelləri təqdim etməsə də, bunun əvəzində istehsalı yaxşılaşdırmaq məqsədilə  mühəndislik və alətlər üzərində işləyəcək.