Fransız PSA və İtalyan-Amerika ortaqlığı Fiat-Chrysler-in 2021-ci ilin yanvarında birləşməsi nəticəsində yaranan Stellantis, İtaliyada nəhəng akkumulyator fabriki qurmağa hazırlaşır.
Qlobal avtomobil bazarının mühüm oyunçularından biri olan Stellantis, akkumulyator fabriki sərmayəsində son mərhələyə çatıb.

İtaliyanın sənaye naziri Giancarlo Giorgetti, İtaliyanın cənub bölgəsindəki Termolidə tikintisi planlaşdırılan akkumulyator fabriki üçün Roma hökuməti ilə şirkət arasında müqavilənin tezliklə imzalanacağını söylədi.

Corriere della Sera-ya danışan nazir Giorgetti, Stellantisin akkumulyator istehsal edəcəyi Termolidəki nəhəng fabrik üçün müqaviləni tamamlamağa çox yaxınıq. Bir neçə gün ərzində imzalanacaq.