Yaponiyanın texnologiya nəhəngi “Sony” şirkəti ötən il aprelin 1-dən bu il aprelin 1-nə qədər davam etmiş son maliyyə ilində 1,2 trilyon yen (təxminən 11 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.

Bu, əvvəlki maliyyə ilinə nisbətən təxminən 28% çoxdur və yeni rekorddur.

Hesabat dövründə "Sony"nin satışdan gəlirləri 9% artaraq 9 trilyon yenə (təxminən 83 milyard dollar) çatıb.