Aqrar sığorta məhsulu Azərbaycanda yeni yaranıb. Əvvəlki illərdə Azərbaycanda aqrar sığorta sahəsində Beynəlxalq Bank effektli fəaliyyət həyata keçirirdi.

Sığorta ekperti İlkin İbrtahimov son günlərdə sığorta bazarında aqrar sığorta sahəsinə marağın artması tendensiyasına açıqlama verərəkən deyib.  

O bildirib ki, gələcəkdə digər sığorta şirkətlərinin də aqrar sığorta məhsuluna marağının artması gözləniləndir."Paşa Sığorta" ,"Qala Sığorta" və "Azsığorta" Aqrar Sığorta Fondunun təsisçilərindən olduqları üçün gələcəkdə bazarda aqrar sığorta sahəsinə marağın artmasını  gözləmək olar.

İlkin İbrahim "Azsığorta" sığorta şirkətinin avtonəqliyyat vasitəsi sahiblərinin  mülki məsuliyyətinin icbari sığortası məhsulundan könüllü imtina etməsini şərh edərək, ""Azsığorta"  şirkətinin aktuariləri və bütövlükdə komanda hər zaman risklərin idarə olunmasını diqqətdə saxlayaraq bu sahədə müvafiq addımlar atırlar. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının zərərli olması hamıya məlum idi. Digər sığorta şirkətlərindən fərqli olaraq "Azsığorta" daha real addım ataraq bu sığorta növünün zərəliyini, şirkətin maraq və risklərinə uyğun gəlmədiyini nəzərə alaraq imtina etdi. Bununla yanaşı "Azsığota" Sığorta şirkəti maliyyə dayanıqlılığını möhkəmləndirmək üçün öz strategiyasında müəyyən dəyişikliklər edib. Bu dəyişikliklər həm aqrar və daşınmaz əmlak sığorta məhsulu sahəsində fəaliyyətin genişləndirilməsidir. "Azsığorta" şirkəti daşımaz əmlak sığortası üzrə daha çox ixtisaslaşmışdı. Əmlak sığortası sahəsində ölkdə ən yaxşı mütəxəssilər "Azsığorta" şirkətindədir. Bu şirkət həm də əmlak sığortası sahəsində mütəxəssilərin hazırlanmasını da həyata keçirir,"-deyə qeyd edib.