Səhiyyə Nazirliyinin qaynar xəttində yaranan texniki nasazlıq səbəbindən 9103 nömrəsi müvəqqəti olaraq işləmir. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin feysbuk hesabında paylaşım edilib.

"Vətəndaşlardan anlayışla qarşılamalarını xahiş edirik"- paylaşımda qeyd edilib.