Banqladeş parlamenti buraxılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin telekanalı məlumat yayıb.

Məlumata görə, bu barədə qərarı Prezident Məhəmməd Şahabuddin imzalayıb. Bildirilib ki, qərar ölkə başçısının siyasi qüvvələr, tələbə hərəkatının nümayəndələri, vətəndaş cəmiyyəti və ordu rəhbərliyi ilə görüşlərindən sonra verilib.