Rusiya Federasiyasının xarici borcu iyulun 1-nə 306,1 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Bankının məlumatında deyilir.

Məlumata görə, bu göstərici ilin əvvəlindən bəri 3,4% azdır.  

Göstəricinin dinamikası əsasən digər sektorların cəlb etdiyi kredit və borclar üzrə öhdəliklər əsasında müəyyən edilib.

 

Gözəl Həşimova