Rusiya ilə Çin arasında ticarət dövriyyəsi bu ilin yanvar-aprel aylarında 25,9% artaraq 51,09 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Çinin Baş Gömrük İdarəsinin məlumatında deyilir.

Məlumata görə, bu dövrdə Çindən Rusiyaya ixrac 11,3% artaraq təqribən 20,24 milyard dollar çatıb. Rusiyadan idxal isə 37,8 % artaraq 30,85 milyard dollar olub.

Hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi artıb.