Rolls-Royce şirkəti Landspeed adlı məhdud saylı seriyadan olan Wraith və Dawn modellərini təqdim edib. Məhdud saylı seriyanı hazırlayan şirkət mühəndisləri 1937-1938-ci illərdə qurumuş Bonnevil gölündə bir neçə dünya sürət rekorduna imza atan əfsanəvi pilot Corc İstonun hekayəsindən ilham alıblar.

Corc İston uşaqlıqdan yarışlara həvəs göstərib. O, məktəbli olan zaman avtomobil və motosikl yarışlarında iştirak edib. İllər sonra, gələcək avtomobil yarşçısı öz gücünü elmdə sınayıb və mühərriklərin gücünün artırılması sahəsində bir sıra ixtiraları patentləşdirib. 1935-ci ildə İston qurumuş Bonnevil duz gölünə baş çəkib və burada keçirilən 24 və 48 saatlıq davamlılıq yarışlarında yeni sürət rekordlarına imza atan ilk ingilis pilotlarından biri olub.