Qazaxıstan 2029-cu ildə neft hasilatını 104,8 milyon tona çatdırmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumətin iclasında ölkənin iqtisadiyyat naziri Nurlan Baybazarov bildirib.

“Neft hasilatının həcmi 97,2 milyon tondan 2029-cu ildə 104,8 milyon tona yüksələcək”, - o deyib.

Qeyd edək ki, 2023-cü ildə respublikada 90 milyon ton neft hasil edilib. Bu ilin birinci yarısında isə Qazaxıstan 44,7 milyon ton neft hasil edib. İlin sonunacan bu rəqəim 90,3 milyon tona çatdırılacağı gözlənilir.

 

Sadiq Cavadov