"Dünyanın maliyyə sistemi indiki formada qabiliyyətli deyil və tezliklə dəyişdirilməlidir. Əsas yeniliklərdən biri qızıla olan köhnə vahid dəyər ölçüsünə qayıtmaq ola bilər. Pul yığmaq istəyən hər kəs onu almalıdır".
 
İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri rusiyalı iqtisadçı Valentin Katasonov bildirib. 

Onun sözlərinə görə, bu qiymətli metal əvvəlki statusunu və dəyərini yenidən qazanacaq. Bu isə ABŞ dolları dünyanın əsas ehtiyat valyutasından çıxdıqdan sonra reallaşacaq: 

“Dövlətlər yenidən qızıl almağa başlayacaq. Nəticədə qiymət qısa zaman ərzində artacaq. Artıq qiymətli metalı ya sikkələrdə, ya zərgərlik məmulatlarında yığmağa başlamalıyıq".