Ukrayna beynəlxalq tərəfdaşlardan əhəmiyyətli miqdarda maliyyə almağa davam edəcəyini gözləyir və 2,5 il ərzində təxminən 90 milyard dollar alacağına ümid edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının məlumatında deyilir.

Bildirilib ki, müttəfiqlər və beynəlxalq maliyyə qurumları 2022-ci ilin fevralından etibarən Kiyevə büdcə dəstəyi üçün 89,6 milyard dollar ayırıblar. Bunun 27 milyard dollardan çoxu geri qaytarılmayan qrant vəsaitləri olub.

 

Gözəl Həşimova